![](/uploads/img/posts/2024/02/09/65c562cf7b44d65c562cf7b44e170743470365c562cf7b44b65c562cf7b44cjpg-1707455125.jpg)
Rusiya və Ukrayna gec-tez razılaşacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Putin Ukraynadakı münaqişənin həllinə danışıqlar yolu ilə nail olmaq istədiyini söyləyib: "Ukrayna müharibəyə başlayıb. Rusiyanın məqsədi onu dayandırmaqdır"
Onun sözlərinə görə, NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini layiqincə tanıya bilər: "Əgər istək varsa, variantlar mövcuddur".
Putin 2014-cü ildə Rusiyanın Krımı müdafiə etmək məcburiyyətində qaldığını, çünki yarımadanın təhdid altında olduğu söyləyib.
.