"Görüş açıq və işgüzar mühitdə keçdi. Bu gün həm Rusiya, həm də ABŞ digər təhlükələrlə üz-üzədir. İki nüvə nəhəngi kimi biz dünyada təhlükəsizliyin təmin olunması işində məsuliyyət daşıyırıq. Hesab edirik ki, hərbi-siyasi və silahsızlanma məsələlərində birgə işləməyə hazırıq. Biz terrora qarşı birgə mübarizənin tərəfdarıyıq. Bizim xüsusi xidmət orqanlarımız bir yerdə işləyir və çox uğurlu işləyir”.

Bunu ABŞ prezidenti ilə görüşdən sonra keçirilən birgə brifinqdə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, görüşdə regional böhranlar bağlı müzakirələr də aparılıb: "Bütün məsələlərdə mövqelərimiz üst-üstə düşmür. Lakin mövqelərimizin üst-üstə düşdüyü məsələlər də var. Rusiya və ABŞ Suriya məsələsində təşəbbüsü öz əlinə ala və qaçqınların öz doğma evlərinə qayıtmasına kömək edə bilər. Ukrayna böhranına diqqət ayırdıq. Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyi qeyd olunub. İki ölkə arasında ticarət-iqtisadi əlaqələri müzakirə etdik. Prezident Tramp Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi ilə bağlı məsələni xatırlatdı. Mən bir daha qeyd etdim ki, Rusiya hökuməti heç vaxt ABŞ-da seçkilərə müdaxilə etməyib. Biz ilk tam formatlı görüşümüzdən razıyıq. Ümid edirəm ki, biz bir-birimizi daha yaxşı başa düşməyə başlamışıq”.

Tramp: "İrana İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etməyə imkan verməyəcəyik”

"Bizim açıq və məhsuldar dialoqumuz oldu. Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır".
Bunu ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriya məsələsini müzakirə etdik. Bu çox çətin məsələdir. ABŞ imkan verməyəcəyik ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin".


.