“Rusiya istənilən istiqamətdən yönələ biləcək hərbi aqressiyanı dəf etməyə hazır olmalıdır”.

TASS-ın xəbərinə görə, bunu “Okean-2024” hərbi təlimlərinin iştirakçıları ilə videobağlantı zamanı Rusiyan Prezidenti Vladimir Putin deyib.

O deyib ki, hücumlar okean və ya dəniz akvatoriyasından gözlənildiyi üçün bu tapşırığın yerinə yetirilməsində əsas rolu Hərbi Dəniz Qüvvələri oynayır.

Kreml rəhbərinin sözlərinə görə, indiki məqamda ölkənin, eləcə də vətəndaşların etibarlı müdafiəsi üçün zəruri olan bütün tədbirlər görülməlidir:

“Biz Hərbi Dəniz Qüvvələrini onun strateji və nüvə komponentləri ilə birgə möhkəmləndirməyə davam edəcəyik. Eyni zamanda, bütün qoşun növlərinin hərtərəfli sistemli inkişafı təmin olunmaqla yanaşı, onların zərbə endirilməsi imkanları inkişaf etdiriləcək. Həyata keçiriləcək tədbirlər nəticəsində döyüş təcrübəsi nəzərə alınmaqla, gəmi heyətlərinin, eləcə də sahil və aviasiya hissələrinin hazırlığı təkmilləşdiriləcək”.

.