Rusiya ərzaqlarının 90%-ə qədəri Asiya, Afrika və Latın Amerikası ölkələrinə gedir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində bildirib.

“Əsasən, qida məhsullarımızın 90%-ə qədəri Asiya, Afrika və Latın Amerikası bazarlarına gedir”, deyə Rusiya lideri vurğulayıb.

Putin qeyd edib ki, Rusiya dünya bazarlarına taxıl ixracını artırır: ”Bu il 30 milyon ton olacaq, gələn il 50 milyon tona çatdıracağıq”.

.