Rusiya ümumilikdə Alyaska sammitinin nəticələrini müsbət qiymətləndirir.

Bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə keçirilən MDB sammitində bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna nizamlanması ilə bağlı işini Alyaska sammitində müzakirə olunan prinsipial müddəalar əsasında qurur.

Putin MDB liderlərinə Alyaskadakı danışıqlar və Ukraynadakı nizamlanma prosesi ilə bağlı “məhdud dairədə” məlumat verəcəyini vəd edib.

.