"Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək".

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday klubu forumunda onlayn çıxışı zamanı bildirib .

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən çox ümid edirəm ki, bizim amerikalı tərəfdaşlarımız bizimlə birlikdə hərəkət edəcək və  nizamlanmaya kömək edəcək. Daha yaxşısına ümid edəcəyik", - deyə Rusiya prezidenti vurğulayıb.

.