Rusiya Prezidenti Vladimir Putin sabah Türkiyədə istifadəyə veriləcək "Akkuyu" AES-in açılışında videokonfrans vasitəsilə iştirak edəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Türkiyənin ilk AES-i olan "Akkuyu" layihəsinin həyata keçirilməsinə 2010-cu il mayın 12-də başlanılıb. 27 aprel tarixində AES-ə ilk dəfə nüvə yanacağı yüklənəcək və bununla da stansiya rəsmən fəaliyyətə başlayacaq.

.