Rusiya prezidenti Vladimir Putin Avropa ilə məhbus mübadiləsinə vasitəçiliyə görə belaruslu həmkarına təşəkkür edib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O deyib ki, Kreml rəhbəri ilə Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Rusiya lideri deyib ki, A. Lukaşenkonun bu istiqamətdəki səylərini yüksək qiymətləndirir.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya ilə Belarus, ABŞ, Almaniya və Sloveniya arasında məhbus mübadiləsi baş tutub.
Nəticədə adı çəkilən ölkələrdən ümumilikdə 8 nəfər Rusiyaya qaytarılıb. Bundan sonra Rusiya prezidenti ölkələrinə təhvil verilən əcnəbilərin əfv edilməsi barədə sərəcam imzalayıb.
.