
Rusiya istənilən sülh təşəbbüslərinə müsbət yanaşır və Kiyevin də belə davranacağına ümid edir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putinin sözlərinə görə, Rusiya atəşkəs zamanı Kiyevin döyüş aktivliyində azalma müşahidə edib, lakin yenə də 5 mindən çox hücum olub.
Qeyd edək ki, “Pasxa atəşkəsi”ndən sonra döyüş əməliyyatları bərpa olunub.
Putin Sumıdakı konqres mərkəzinə raket hücumuna münasibət bildirib
Rusiya Prezidenti Vladimir Putin Sumıdakı konqres mərkəzinə hücuma münasibət bildirib.
Putin bunu “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində cinayət törətmiş hərbçilərinin orada mükafatlandırılması ilə” izah edib.
Qeyd edək ki, aprelin 13-də Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub, yüzlərlə insan yaralanıb.
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar Pasxa atəşkəsinin başa çatmasından sonra yenidən başlayıb.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Prezident Vladimir Putin deyib.
O, həmçinin Ukraynanın mülki obyektlərə zərbə endirməmək təklifini araşdırmağın zəruri olduğunu bildirib.
.