Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan mayın 25-də baş vermiş daşqın nəticəsində Lori rayonunda dəmir yolunun dağılmış hissələrinin tezliklə bərpası ilə bağlı Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Putinə təşəkkür edib.

Paşinyan, həmçinin Rusiya Prezidentinə doğum günü təbrikinə və xoş arzularına görə minnətdarlıq edib

 

 

.