Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin Rusiya Prezidentinin BRICS dövlətləri ilə maliyyə-iqtisadi əməkdaşlıq və Yeni İnkişaf Bankı ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə Yenizaman Rusiya KİV-inə istinadən xəbər verir.
Oreşkinin təyinatı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin fərmanı rəsmi hüquqi informasiya portalında dərc olunub.
.