Müasir dünyada hər şey mümkündür.

Bunu Rusiya Prezidenti Vladimir Putin seçki qərargahında jurnalistin NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi haqqında sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada NATO ölkələrinin hərbçilərinin olmasından xəbərdardır:

"Ukraynada NATO ölkələrinin hərbçiləri var və onlar üçün yaxşı heç nə yoxdur".

Putin NATO ilə tammiqyaslı münaqişənin mümkünlüyü haqqında da danışıb:

"Hər şey mümkündür. Lakin bu, Üçüncü Dünya müharibəsinə bir addım yaxın olacaq".

Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu" barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu"nu İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfində döyüşən" "Vlasovçular"la müqayisə edib.

Bu barədə o, seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Putin bildirib ki, hamı "Vlasovçular"ın sonunun necə olduğunu yaxşı bilir:

"Biz onlara rahatlıq verməyəcəyik. Onlar bunu bilməlidirlər. Bizdə ölüm hökmü yoxdur, amma biz bu insanlara döyüş bölgəsində olanlar kimi baxacağıq. Onlar əllərində silahla vətənlərinə-Rusiyaya qarşı vuruşurlar. Əgər düşmən “ətçəkən maşını” xoşlayırsa, bu, bizim üçün də faydalıdır.
Hüquq-mühafizə orqanlarına onların hamısının adlarını müəyyən etmək və müvafiq tədbirlər görmək üçün tapşırıqlar veriləcək", deyə Rusiya Prezidenti vurğulayıb.

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib.

Bu barədə Putin seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-nin NBC kanalının müxbirinin prezident seçkilərinə buraxılmayan Boris Nadejdin, seçki kampaniyası dövründə həbsxanada vəfat edən Aleksey Navalnı barədə sual verib. Amerikalı jurnalist baş verənlərin demokratiya olub-olmadığını soruşub.

Putin Nadejdinin seçkilərə yaxşı hazırlaşmadığını, tərəfdaşları ilə düzgün işləmədiyini, imza toplanılan zaman saxtakarlığa yol verdiyini açıqlayıb:

"Əgər Nadejdin kampaniyada iştirak etməyibsə, bu, onun qeyri-qənaətbəxş hazırlıq işinin nəticəsidir"

Rusiya Prezidenti Navalnı ilə bağlı isə bildirib ki, onun ölümü kədərli hadisədir.

Putin Navalnını dəyişməyə razı olduğunu söyləyib. Navalnını Qərb ölkələrində olanlarla dəyişmək fikri var idi. Mən dərhal buna razılıq verdim. Biz onu dəyişmək istəyirdik ki, o qayıtmasın. Amma o, öldü. Bu (ölüm) olur, həyat belədir".

Putin ABŞ-də da belə şeylərin baş verdiyini söyləyib.

.