Rusiya prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub.

Yenizaman Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Modi Putini seçkilərdə inamlı qələbəsi münasibətilə telefonla təbrik edib.

Liderlər telefon danışığı zamanı Ukraynadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

.