“Rusiya Federasiyası Ukrayna ilə danışıqlardan imtina etmir və diplomatik yolla razılaşma əldə edilə biləcəyini düşünür”.

Bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreşlə görüşdə bildirib.

“Hərbi əməliyyatların getməsinə baxmayaraq biz hesab edirik ki, diplomatik yolla razılaşma əldə edilə bilər. Biz danışıq aparırıq və bundan imtina etmirik” – deyə Putin bildirib.

Putin: “Buçada baş verənlərin Rusiya ordusuna aidiyyatı yoxdur”

“Ukraynanın Buça şəhərində baş verənlərin Rusiya ordusuna heç bir aidiyyatı yoxdur. Lakin Moskva bu təxribatı kimin törətdiyini bilir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin BMT-nin Moskvada səfərdə olan Baş katibi Antonio Quterreşlə görüşdə deyib.

Putin bildirib ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarında ciddi irəliləyişə nail olunub. Lakin danışıqları davam etdirmək üçün açıq niyyət olduğu anda Moskva belə bir təxribatla üzləşib. Bundan sonra vəziyyət köklü şəkildə dəyişib.

Putin qeyd edib ki, hadisələrin Rusiya ordusuna heç bir aidiyyatı olmasa da, Moskva bu təxribatı kimin və hansı vasitələrlə törətdiyini bilir.

.