Noyabrın 10-dan Rusiya sülhməramlıları Dağlıq Qarabağda mürəkkəb missiya icra etməyə başlayıblar.

Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiya İclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa riayət olunmasının qarantı olub: “Sülhməramlılar humanitar vəziyyətin yaxşılaşması, qaçqınlara yardım, ərazilərin minalardan təmizlənməsi, sosial infrastrukturun bərpası, tarixi-dini abidələrin qorunması üçün çox şey edirlər. Həyatlarını riskə atırlar. Təəssüflər olsun ki, itkisiz olmur. Onlar həyatlarını riskə atırlar ki, bu torpaqlara dinc həyat qayıtsın”.

.