Rusiya Prezidenti Vladimir Putin KTMT qüvvələrini döyüşdə effektivliyini sübut etmiş Rusiya silahları ilə təchiz etmək üçün genişmiqyaslı proqrama başlamağı təklif edib.

Bu barədə Putin Bişkekdə keçirilən KTMT sammitində çıxışında bildirib.

O, Rusiyanın KTMT-nin yeni terrorizmə qarşı mübarizə strategiyasının hazırlanmasına başlamağı təklif etdiyini də vurğulayıb.

Putin deyib ki, KTMT-nin sammiti 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək. O, Rusiyanın KTMT-yə sədrliyinin “çoxqütblü dünyada kollektiv təhlükəsizlik” devizi altında keçiriləcəyini qeyd edib.

.