Rusiya Prezidenti Vladimir Putin “Enesai” yurduna səfəri zamanı qırğız xalq musiqi aləti olan komuzda ifa edib.
Görüntülər Kremlin teleqram kanalında paylaşılıb.
Belə ki, Putin aləti əlində tutaraq, “necə?” sualını verib və sağ əl ilə ifanı sınaqdan keçirib. Yaxınlığındakı şəxs “bu, üç simli alətdir” cavabını verdikdə, Putin “bəli, bunu bilirəm” deyə bildirib.
Putin sonda komuzu geri verərək, alətdə ifa etmə imkanına görə təşəkkürünü bildirib.
.
