Rusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.
Qeyd edək ki, İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir. O, uzun illər Rusiyanın müxtəlif televiziya kanallarında xüsusi müxbir və proqram müəllifi və aparıcısı kimi çalışıb. 2024-cü ilin sentyabrında Rusiyanın Mavrikidəki səfiri təyin olunub
.
