Rusiya prezidenti Vladimir Putin "Qərb-2017" hərbi təlimlərinin gedişatını izləyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, "Qərb-2017" hərbi təlimləri sentyabrın 14-də başlayıb və Belarus ərazisində, eləcə də Rusiyanın 3 poliqonunda keçirilir.
Hərbi təlimlərdə 12,7 min hərbçidən ibarət şəxsi heyət iştirak edir.
Bundan başqa, təlimlərə 370 ədəd zirehli texnika, 150 ədəd artilleriya qurğusu və 40-dan artıq təyyarə və vertolyot cəlb edilib.
Prezident Putinin sentyabrın 20-dək davam edəcək təlimləri konkret nə vaxt izləyəcəyi barərdə dəqiq məlumat verilməyib. Bununla belə, mətbuat katibi bildirib ki, Rusiya prezidentinin hər hansı bəyanatla çıxış edəcəyi gözlənilmir.
