Geniş tərkibdə iş Bakı və Moskvaya ən yaxın perspektivdə addımları müəyyən etmək imkanı verir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
Rusiya Prezidenti qeyd edib: “Bu yaxınlarda - 10 gün əvvəl hökumətlərarası komissiyanın iclasında münasibətlərimizin inkişaf etdiyi bildirildi. Amma, sadəcə, bildirilmədi, həm də qeyd olundu ki, biz 2022-ci ilin müvafiq bəyannaməsinə uyğun olan və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə edilmiş razılaşmaları tam həcmdə yerinə yetiririk. Belə geniş tərkibdə iş ən yaxın perspektivdə addımları müəyyən etmək imkanı verir”.
.