Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.

Bunu RF Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putinin Türkiyə səfəri fevral ayında həyata keçiriləcək.

Uşakov qeyd edib ki, Ukrayna nizamlanması Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan danışıqlarında əsas mövzulardan biri olacaq.

.