Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı aparacaq.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya dövlət başçısının bugünkü qrafiki haqqında məlumat verən Kreml sözçüsü Putin Ərdoğanla telefon danışığı aparacağını və Murmansk vilayətinin qubernatoru Andrey Çibisi qəbul edəcəyini söyləyib.

.