Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də, doğum günündə MDB dövlət başçıları ilə görüşəcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin MDB dövlət başçıları ilə ilə işgüzar görüşü də planlaşdırılıb.
Kremlin sözçüsü Rusiya Prezidentinin bu ilin noyabrında Braziliyada keçiriləcək G20 sammitinə səfəri ilə bağlı qərarın hələ verilmədiyini də söyləyib.
.