Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vladimir Putin oktyabrın 17-18-də “Bir kəmər, bir yol” üçüncü Beynəlxalq Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfər edəcək.
Səfəri çərçivəsində o, Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.
"Görüşdə Rusiya-Çin hərtərəfli tərəfdaşlığının və strateji qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri, eyni zamanda, aktual regional və beynəlxalq problemlər müzakirə olunacaq. Forumun iştirakçısı olan dövlətlərin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır", - Kremlin yaydığı məlumatda qeyd olunub.
.
