Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.

O qeyd edib ki, ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir.

Putin Qarabağla əlaqədar imzalanmış razılaşmaya da toxunub.

O qeyd edib ki, razılaşmada əsas nəticə insanların həyatının qorunmasıdır, qalanları isə ikinci dərəcəli məsələlərdir.

Putin Dağlıq Qarabağda sülhməramlıların sayının artırılması məsələsinə münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması məsələsinə münasibət bildirib.

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür.

Rusiya Prezidenti bu məsələnin münaqişə tərəfləri ilə müzakirə olunmalı olduğunu vurğulayıb.

Putin Qarabağ məsələsində digər ölkələrin və beynəlxalq təşkilatların köməyinə ümid edir

“Ümid edirəm ki, digər ölkələr və beynəlxalq təşkilatlar da Qarabağ məsələsində kömək edəcək”.  

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında deyib.

Rusiya Prezidenti digər ölkələrin və beynəlxalq təşkilatların sözdən işə keçəcəyinə və Qarabağ məsələsinə kömək etməyə başlayacağına ümid etdiyini bildirib.

.