Rusiya prezidenti Vladimir Putin Belarusla təhlükəsizlik zəmanəti haqqında müqaviləni ratifikasiyaya təqdim edib.

Sənədi parlamentarilərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qluşko təqdim edəcək.
Qeyd edək ki, Rusiya ilə Belarus arasında təhlükəsizlik zəmanəti haqqında müqavilə 2024-cü il 6 dekabr tarixində imzalanıb.

.