Baykal-Amur magistralının 50 illiyi münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirəm. Heydər Əliyev hər şey edib ki, bu vacib layihə həyata keçsin.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Vladimir Putin deyib ki, Heydər Əliyev xüsusi şəxsi keyfiyyəti və bacarığı ilə bu layihənin həyata keçməsində mühüm rol oynayıb:

“Mən bu gün görüşdə iştirak edənlərdən xahiş edirəm ki, Heydər Əliyevin bu sahədəki fəaliyyəti ilə bağlı xatirələrini bölüşsünlər”.

Rusiya Prezidenti: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir

Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir.

Rusiya Prezidenti: Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb

Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə bildirib.

Rusiya Prezidenti qeyd edib: “BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”.

Putin: Azərbaycan və Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin həyata keçirilməsində birgə iştirak edir

Azərbaycan və Rusiya bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin həyata keçirilməsində birgə iştirak edir.

APA-nın Moskvaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Vladimir Putin deyib ki, bütün maraqlı tərəfləri bu layihədə iştiraka dəvət edirlər.

Şimal-Cənub marşrutunun qlobal Cənubla nəqliyyat əlaqəsinin təmin olunmasında mühüm rol oynayacağını vurğulayan Rusiya Prezidenti bildirib ki, Şimal-Cənub dəmir yolu marşrutu beynəlxalq əməkdaşlığa bir nümunə olmalıdır.

Rusiya Prezidenti Azərbaycan inşaatçılarının BAM-ın modernləşdirilməsindəki rolunu vurğulayıb

Heydər Əliyevin dəstəyi ilə Azərbaycan mühəndisləri və inşaatçıları Baykal-Amur magistralının tikintisi zamanı iki qəsəbə inşa ediblər.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Vladimir Putinin sözlərinə görə, hazırda Azərbaycan inşaatçıları BAM-ın Xabarovski diyarı və Yakutiyadadan keçən sahələrinin yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər.

.