Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Kremlin mətbuat xidməti verdiyi məlumata görə, telefon danışığı zamanı 10 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunan razılaşmaların həyata keçilməsinin praktiki aspektləri müzakirə olunub.

Təmas xəttində atəşkəsə riayət olunmasından və vəziyyətin sakitliyindən məmnunluq ifadə olunub.

Vladimir Putin söhbət zamanı Qarabağdakı xristian kilsələrinin və monastırlarının olduğuna diqqət çəkərək, onları qorumağın vacibliyini vurğulayıb. Prezident İlham Əliyev isə bu baxımdan anlayış nümayiş etdirərək, Azərbaycan tərəfinin bu zəmində hərəkət edəcəyini bildirib.

.