“Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər son vaxtlar deqradasiyaya uğrayıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərin yeni səfirlərinin etimadnaməsini qəbulu mərasimində deyib.
Onun sözlərinə görə məhz Avropa Rusiya ilə qarşıdurmanın təşəbbüskarıdır.
"Burada olan Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri yəqin ki, bu birlik ilə Rusiya arasında münasibətlərin son illərdə təəssüf ki, güclü deqradasiyaya uğradığı fikrini yəqin ki, bölüşür. Biz bunun səbəbini onda görürük ki, Avropa qitəsində iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişaf etdirilməsi kimi əsas ilkin missiya və funksiyasını bir kənara qoyub, Aİ Rusiya ilə geosiyasi qarşıdurmanın təşəbbüskarı olub”, - deyə Rusiya Prezidenti qeyd edib.
Putin Avropa İttifaqı ilə mənfi münasibətlərin keçmişdə qalacağına və qarşılıqlı əməkdaşlıq məntiqinin üstünlük təşkil edəcəyinə ümid etdiyini də söyləyib.
.
