
İnfoAZ.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ kəşfiyyat xidmətinin əməkdaşları ilə Şimali Qafqazda terror quruplaşmaları arasında birbaşa əlaqələrin olduğu barədə danışıb.
"Bizim xüsusi xidmər orqanları Şimali Qafqazda terror quruplaşmalarının Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən xüsusi xidmət orqanlarının nümayəndələri arasında birbaşa əlaqələrinin olduğunu qeydə alıb. Bu həqiqətdir, hətta orda onlara nəqliyyat vasitəsilə köməklik göstərilirdi" - bunu Vladimir Putin "Rusiya 1" kanalında nümayiş etdirilən "Prezident" filimnində söyləyib.
Rusiya prezidenti daha sonra qeyd edib ki, bu məsələ ilə bağlı o ABŞ prezidentini xəbərdar edib. "O zaman ABŞ prezidenti mənə dedi ki, bu məsələ ilə bağlı ciddi məşğul olacaq. Lakin on gündən sonra bizim FTX-nin rəhbərliyinə Vaşinqtondan belə bir rəsmi məktub daxil oldu. Məktubda qeyd edilirdi ki, ABŞ Rusiyaya qarşı olan bütün müxalif qüvəlləri hər zaman olduğu kimi dəstəkləyəcək və onlara maliyyə yardımları göstərəcək. Hətta bunu özümüzə borc bilirik" - Vladimir Putin bu barədə danışıb.
Vladimir Putin daha sonra əlavə edib ki, terrorçularandan siyasi və ya geosiyasi problemləri həll etmək üçün istifadə edilməsi qəbul edilməzdir. "Heç zaman, heç yerdə terrorçulardan siyasi və ya geosiyasi problemləri həll etmək üçün istifadə edilməsi qəbul edilməzdir. Çünki sonradan həmin terror quruplaşmaları məcrasından çıxıb, sonda dünənə qədər onları dəstəkləyən müttəfiqlərinə zərbə vuracaqlar Bu bir reallıqdır".