Artıq 34 ölkə bu və ya digər formada BRİCS-ə qoşulmaq arzusunu ifadə edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz Kazan sammitində üzvlük üsullarını müzakirə edəcəyik”, - o qeyd edib.
Qeyd edək ki, BRİCS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Hazırda BRİCS-in doqquz üzvü var - Braziliya, Hindistan, Çin, Rusiya, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiya.
.