Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər.

Bunu Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib

Onun sözlərinə görə, Rusiya 2022-ci il martın 5-də Moskvaya səfər edən xarici liderin vasitəçiliyini qəbul edib.

Putin qeyd edib ki, 2022-ci ilin martında Moskva Rusiyanın Krıma quru çıxış şərti ilə Ukraynanın Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib.

Rusiya prezidenti həmin vaxt vasitəçilik edən xarici ölkə liderinin daha sonra Kiyevə səfər etdiyini, bu təklifi orada səsləndirdiyini, lakin Ukraynanın həmin təklifi rədd etdiyini və həmin xarici ölkə liderini Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırdığını söyləyib.

Qeyd edək ki, 2022-ci ilin martın 5-i tarixində İsrailin o vaxtkı Baş naziri Naftali Bennet Moskvaya səfər edib.

.