Fransanın PSJ klubu yeni transferini rəsmiləşdirib.

Klubun rəsmi saytı xəbər verir ki, Paris təmsilçisi İspaniya "Real Madrid"indən ayrılan Serxio Ramosla müqavilə imzalayıb.

36 yaşlı müdafiəçi iki illik sözləşməyə qol çəkib.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"in formasını geyinmiş Serxio Ramos bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya Super Kuboku və 1 dəfə klublararası dünya çempionluğu qazanıb. Həmçinin o, hərəyə 2 dəfə İspaniya Kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.
 

.