Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi adam oğurluğu və və işgəncə verməkdə şübhəli bilinir.

 "L Equipe" nəşri xəbər verir ki, bu iddia Fransada Əlcəzairin lobbiçiliyini edən Tayeb Benabderrahman tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, artıq Paris məhkəməsində üç hakimin sədrliyi ilə istintaq başlayıb.

Qeyd edək ki, daha əvvəl Benabderrahman 2020-ci ildə qətərli iş adamı haqqında bəzi məlumatları ictimaiyyətə açıqladığı üçün işgəncəyə məruz qaldığını iddia edib.

.