PSJ-nin baş məşqçisi Kristof Qaltye karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
56 yaşlı fransalı mütəxəssis "Əl Şabab" klubundan təklif alıb.
Paris təmsilçisi ilə yollarını ayıracağı gözlənilən Qaltye ərəblərlə danışıqlara başlayıb. Hər iki tərəfin nümayəndələri arasında keçirilən ilk görüşün müsbət nəticələndiyi bildirilir. “Əl Şabab” rəsmilərinin komandanın sükanını fransıza tapşırmaq, bunun üçün də məşqçiyə tələb etdiyi maaşı verməyə hazırdır.
Qeyd edək ki, PSJ son mövsümdə Fransa Liqa 1-i ilk sırada tamamlayaraq, çempion adına sahib olub.
.