Fransanın PSJ klubu argentinalı Lionel Messinin cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Bu barədə klub müvafiq bəyanat yayıb.

“Mən Lionel Messiyə Parisdəki iki mövsümü üçün təşəkkür etmək istərdim. Oyunçular “Park de Prens”də “Qızıl top”un yeddiqat mükafatçısını görməkdən çox məmnun idilər. Onun PSJ və Fransa çempionatına töhfəsini yüksək qiymətləndirir, Lionel və ailəsinə gələcək üçün ən yaxşısını arzulayırıq”, - PSJ-nin sədri və baş icraçı direktoru Naser Al Xəlaifi bildirib.

.