Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Məhkəməsi PSJ klubunun keçmiş hücumçusu Kilian Mbappeyə olan borcu ilə bağlı hökm çıxaracaq.
Yenizaman xarici KİV-lərə istinadən xəbər verir ki, Paris təmsilçisinin 26 yaşlı forvarda 55 milyon avro borcu var. Bu məbləğə ödənilməmiş əməkhaqqı və mükafatlar daxildir.
Fransa təmsilçisinin məhkəmədə futbolçuya uduzacağı gözlənilir.
Qeyd edək ki, Kilian Mbappe bu ilin yayında PSJ-dən ayrılaraq İspaniyanın “Real Madrid” komandası ilə 5 illik müqavilə imzalayıb.
.