PSJ “Barselona”nın kapitanı Lionel Messinin keçidində israrını davam etdirir.
Fransa təmsilçisi argentinalı superulduzun klubu ilə müqavilə müddətinin başa çatmasından yararlanmaq istəyir.
Parislilər 34 yaşlı oyunçuya daha bir il uzatmaq şərtilə 2 illik sözləşmə təklif edib. Rəhbərliyin digər hədəfi isə iki aparıcı hücumçusu Neymar və Kilian Mbappe ilə yeni saziş imzalamaqdır. Klub Messini gətirməklə forma satışından yüksək məbləğdə pul qazanacağına əmindir.
Qeyd edək ki, “Mançester Siti”nin də maraq dairəsində olan Lionel Messinin “Barselona” ilə yeni müqavilə imzalaması gözlənilir.
.