Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin əri 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

.