Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib.

N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.

Ərazidə vəziyyətin kifayət qədər gərgin olduğu bildirilir. Baş nazirin avtomobilinin yolunu kəsən sakinlər onun əleyhinə şüarlar səsləndiriblər.

 
.