Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər təqsirləndirilən şəxslər Mansur Zeynalovun 8 il, Rauf Əliyevin 4 il, Fərhad Əmiraslanov 7 il, Ruslan Əsgərov 4 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.
Proses iyulun 13-də davam etdiriləcək.
.
