Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Abbas Hümbətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, Abbas Hümbətovun 19 il 6 ay, Ramil Əsirovun 20 il, Fuad Məmmədzadənin 20 il, Elnur Əsirovun 18 il, Elmir Alxazovun 20 il, Cavid Alxazovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş şəxsin nümayəndəsi çıxışında məhkəmədən təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilmələrini xahiş edib.
Proses oktyabrın 5-də davam edəcək.
.
