Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses avqustun 4-də davam edəcək.
.
