Bu gün Səbayel rayon Məhkəməsində AXCP" sədrinin köməkçisi, "Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb. Prokuror onun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyulun 24-də davam edəcək.
