Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Nəsir Bayramov çıxış edib.
Prokuror A. Lapşinin 6 il 6 ay il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, iyulun 12-də keçirilən prosesdə Aleksandr Lapşinin məhkəmə istintaqı başa çatdığı elan olunub.(apa)
.