Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə proskuror çıxış edib. Dövlət ittihamçısı İ. Süleymanovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva itkin düşüb. 2020-ci il yanvarın 6-da onun yanmış meyiti kənd ərazisində aşkar edilib. Cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.
.