Professor Elşad Məmmədov Rusiya Xarici Îşlər Nazirliyi tərəfindən təltif edilmişdir.
Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı roluna görə Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən "Qarşılıqlı münasibətlərə görə" Dõş Nişanı ilə təltif edilmişdir.
Rusiyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil edilən tədbirdə bu dövlətin Azərbaycandakı səfiri cənab Mixail Evdokimov cənab Lavrovun xahişi ilə həmin Döş Nişanını professor Elşad Məmmədova təqdim etmișdir.

.