Türkmənitan prezidenti Qurbanqulu Berdiməhəmmədov Belarusa səfəri zamanı Fəxri qonaqlar xiyabanında küknar əkib.

Bu barədə "BelTa” məlumat yayıb.

"Türkmənitan prezidenti Qurbanqulu Berdiməhəmmədov Müstəqillik sarayı yanında Fəxri qonaqlar xiyabanında küknar əkib”, - Belarus dövlət agentliyinin məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, ağacəkmə mərasimində Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak edib.

Tədbirdən çəkilmiş fotodan görünür ki, mühafizəçilər kiçik küknarı sulayan liderləri yağışdan qorumaq üçün çətir tutublar.

.