Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Sonra "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev çıxış etdilər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hüquqi baza yaradılıb”.
Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
"Avropa İttifaqının Şərq Tərəfdaşlığı konfransında qəbul edilən qətnamə də ədalətlidir, beynəlxalq hüquqi əks etdirir”, - deyə dövlət başçısı vurğulayıb.
"İlin birinci rübündə də Azərbaycan iqtisadiyyatı artıb”.
Bunu da İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı deyib ki, qeyri-neft sektorunda, sənaye istehsalında, kənd təsərrüfatında ciddi artım əldə olunub: "Ölkəmizə 3,5 milyard dollar sərmayə qoyulub. İlin birinci rübündə 34 min yeni iş yeri yaradılıb”.
