"Əgər humanitar əsaslarla olan bu atəşkəs rejiminin pozulması istiqamətində Ermənistan tərəfindən təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfi yenə də özünü müdafiə hüququndan istifadə edərək cavab vermək məcburiyyətindədir".

Bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə deyib.

“Bu xüsusda beynəlxalq ictimaiyyətin də, xüsusən də bu təşəbbüslərlə çıxış edən dövlətlərin də aidiyyatı üzrə öz qeydlərini götürməsini çox vacib hesab edirik ki, Ermənistan nəhayət reallığa gətirilmiş olsun”, - H.Hacıyev əlavə edib.

.